Çin Azərbaycan və Cənubi Koreya təyyarələrinin qəzaya uğramasından sonra HƏRƏKƏTƏ KEÇDİ

Çin hakimiyyəti Azərbaycan Hava Yollarının (AZAL) və Cənubi Koreyanın "Jeju Air" şirkətinin təyyarələrinin qəzaya uğramasından sonra bütün ölkə ərazisində risklərin aradan qaldırılması üzrə əks-tədbirlər görüb.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minszyan mətbuat konfransında çıxışı zamanı məlumat verib.
"Azərbaycan və Cənubi Koreya şirkətlərinin son böyük aviasiya qəzaları ilə əlaqədar olaraq, Mülki Aviasiya İdarəsi hazırkı mərhələdə, əsasən, aşağıdakı istiqamətlərdə işləyir: birincisi, biz dərhal xüsusi iclas keçirdik, təcili reaksiya tələb edən təhlükəsizlik risklərinin qarşısının alınması üzrə tədbirlərin məqsədyönlülüyünü və effektivliyini artırdıq", - deyə o bildirib.
Şu Minszyanın sözlərinə görə, Mülki Aviasiya İdarəsi, həmçinin, bütün ölkə üzrə hava limanlarında yoxlamalar təşkil edib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün uçuş-eniş zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən edilməsini təmin edib. O bildirib ki, qəzalara səbəb ola biləcək quşların hava limanlarının ərazisindən qorxudulmasına və çıxarılmasına xüsusi diqqət yetirilir.
"Biz fövqəladə halların aradan qaldırılması üzrə keçirilən təlimləri gücləndirəcəyik, reaksiya verilməsinin effektivliyini artıracağıq", - deyə Şu Minszyan əlavə edib.
O qeyd edib ki, yaxın vaxtlarda Mülki Aviasiya İdarəsi sistemli reaksiya tədbirləri ilə bağlı məsələlər üzərində işləyəcək, o cümlədən onların həyata keçirilməsi üçün müvafiq bölmələri stimullaşdıracaq və personalın daha etibarlı hazırlığını təmin edəcək.
Bu gecə Yer kürəsi vurulacaq - XƏBƏRDARLIQ
Qazla işləyən avtobus sürücülərinə pulsuz yemək verilir? – RƏSMİ AÇIQLAMA
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?










