Çin beş ildə 50 hava limanı inşa edəcək

Çin beş ildə 50 hava limanı inşa edəcəkÇin 13-cü beşillik inkişaf planı çərçivəsində 2016-2020-ci illərdə 50 yeni hava limanı inşa edəcək. Azərtac ensonhaber.com-a istinadla xəbər verir ki, bu barədə Çinin nəqliyyat naziri Yan Çuantan məlumat verib. Nazirin verdiyi açıqlamaya görə, bu hava limanları ölkənin az inkişaf etmiş orta və qərb bölgələrində tikiləcək. Eyni zamanda, yüksək sürətli dəmir yolu şəbəkəsi 11 min kilometr artırılaraq 30 min kilometrə çatdırılacaq. 2016-ci ildə dəmiryol tikintiləri üçün 800 milyard yuan xərclənəcək. Bundan başqa, Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri Li Keçyanın təqdim etdiyi hesabata görə, ölkədə infrastruktur sərmayələri 10,5 faiz artırılacaq. Çində iqtisadi artımın ləngiməsinin qarşısını almaq məqsədilə bu il yol investisiyalarına 375 milyard dollar xərcləyəcək.
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA












