Çin-Qırğızıstan-Özbəkistan marşrutu üzrə ilk yük qatarı yola salınıb

Çərşənbə günü, iyulun 17-də Çin-Qırğızıstan-Özbəkistan multimodal beynəlxalq yükdaşıma marşrutu üzrə dəmir yolu və avtomobil nəqliyyatı ilə qarışıq yükdaşıma formatında fəaliyyət göstərən əyalətdə ilk qatar Hubey əyalətinin (mərkəzi Çin) Vuhan şəhərindəki stansiyadan yola salınıb.
Avtosfer.az Sinxua agentliyinə istinadla xəbər verir ki, ərzaq və digər mallarla yüklənmiş qatarın Sincan-Uyğur Muxtar Bölgəsində (Çin şimal-qərbində) Kaşğara çatması, burada konteynerlərin yük maşınlarına daşınaraq İrkeştan keçid məntəqəsindən keçməklə Çindən çıxması, daha sonra isə Özbəkistanın paytaxtı Daşkəndə çatdırılması gözlənilir.
Son illərdə Hubey əyaləti ilə Mərkəzi Asiya ölkələri arasında ticarət dövriyyəsi tədricən artıb. 2021-ci ildə Çin Dəmir Yolları Korporasiyasının Yuhan filialı Yuhan-Almatı marşrutu üzrə ilk yük qatarını yola salıb. Bu ilin aprel ayında Yuhandan Mərkəzi Asiyaya yük qatarları aylıq 440-a qədər standart konteyner-TEU, iyirmi fut ekvivalent vahid və 7500 tondan çox yükdaşıma qabiliyyətini təmin edən müntəzəm marşrutlara daxil edilib.
Beynəlxalq nəqliyyat və logistika şirkəti “Hubei Railway Corporation”ın rəsmisi Çjan Linin sözlərinə görə, yeni logistika sxemi sayəsində əyalətin məhsulları Mərkəzi Asiya ölkələrindəki müştərilərə daha tez çata biləcək. Yeni logistika sxemi daşıma və sığorta xərclərini 30 faiz, yüklərin çatdırılması müddətini isə təxminən 20 gündən 10 günə qədər azaldacaq.
Çin rəsmiləri bildirirlər ki, yeni yükdaşıma marşrutunun işə salınması nəqliyyat prosedurlarının optimallaşdırılması, logistika şəbəkəsinin genişləndirilməsi və yüksəksəmərəli beynəlxalq logistika dəhlizlərinin yaradılması üçün maraqlı tərəflərlə gələcək birgə iş üçün əlverişli imkan olacaq.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO











