Cinayət prosesində uşaq hüquqlarının müdafiəsinə dair təlimin açılışı olub - FOTO

Bakıda "Cinayət prosesində uşaq hüquqlarının müdafiəsi” mövzusunda türkiyəli ekspertlərin iştirakı ilə keçirilən ikigünlük təlimin açılışı olub.
Avtosfer.az xəbər verir ki, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən təlimin ilk günündə Daxili İşlər Nazirliyinin 20 təhqiqatçı və müstəntiqi iştirak edir.
Təlimin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Səadət Qəhrəmanova bildirib ki, cinayət törədildikdə uşaqlara yanaşma, uşaqların hüquqların qorunması çox önəmli məsələdir: “Məişət zorakılığı faktını araşdırdıqda bu mühitdə olan uşaqlar diqqətdən kənar qalır. Amma artıq biz onlara diqqət edirik. Zorakılıq mühitində olan uşaqlar bu mənada çox əziyyət çəkir. Onlar belə mühitdə olaraq birbaşa psixoloji zorakılığa məruz qalırlar. Zorakılıq mühitində olan uşağın özünün cinayət törətməsi, cinayətə meyilli olması hallarına rast gəlinir. Buna görə də artıq zorakılıq mühitində olan uşaqlarla da məşğul oluruq".

Təlimdə cinayət təqibi üzrə yetkinlik yaşına çatmayanlar barəsində məhkəməyədək icraatın xüsusiyyətləri, cinayətlərin araşdırılması zamanı zərərçəkmiş və ya şahid olan uşaqların hüquqlarının müdafiə (dəstək) təminatı, cinayət təqibi orqanlarının uşaq hüquqlarının müdafiəsi üzrə qurumlarla əməkdaşlıq üsulları, “Uşaqların cinsi istismar və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyası (Lansarote Konvensiyası) üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Türkiyə təcrübəsi və digər mövzular əhatə ediləcək.
Qeyd edək ki, təlim “Azərbaycan və Türkiyə Hökumətləri arasında imzalanmış ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” çərçivəsində təşkil olunub.


Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO










