Cinayətkarlar 17 avtobusu və 5 məktəbi yandırıblar

Braziliyada mütəşəkkil cinayətkar qrupun üzvləri ölkədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Maranyan ştatında qarışıqlıq yaradaraq ictimai asayişi pozmağa cəhd göstəriblər. Avtosfer.az "Globo" telekanalına istinadən xəəbər verir ki, cinayətkarlar 17 avtobusu və 5 məktəb binasını yandırıblar. Yandırılan məktəb binaları seçki məntəqələri kimi fəaliyyət göstərməli idi. Ölkənin hüquq-mühafizə orqanları tərəfindən ictimai asayişi pozmaqda, qarışıqlıq yaratmaqda şübhəli bilinən 30 nəfər həbs olunub. Onlardan 16-nın həddi-buluğa çatmamış şəxslər olduğu bildirilir. İstintaqın versiyasına görə, hücumlar yerli həbsxanalardan birinin məhbusları tərəfindən koordinasiya edilib. Cinayətkarların məqsədi bələdiyyə seçkilərinin keçirilməsinə maneçiliklər törətmək olub. "Onlar qarşılarına seçkini pozmağı məqsəd qoyublar. Biz hələ bunun cinayətkarların nəyinə lazım olduğu sualına cavab verə bilmərik" – deyə regional təhlükəsizlik naziri Cefferson Portel açıqlamasına bildirib.
Prezident Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım etdi - FOTO
Bakıda onlar ölümə doğru gedirlər…
“Müstəqil Nəqliyyatçılar” təşkilatı piyada təhlükəsizliyi ilə bağlı ictimai müzakirə keçirib - VİDEO
Xəzər dənizi hansı ölkənin günahı ucbatından quruyur? - EKOLOQ
Ekspert yol hərəkəti təhlükəsizliyi sahəsindəki problemləri sadaladı
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur










