"Cinayətkarların əksəriyyəti ali təhsili olmayanlardır" - Nazirin təklifini reallaşdırmaq mümkündürmü?

Elm və təhsil naziri Emin Əmrullayev bir neçə əvvəl çıxışında bildirmişdi ki, “hamı ali təhsil almalıdır deyə bir şey yoxdur”.
Nazir daha sonra əlavə edib:
“Biz hər il məktəbi bitirən şagirdlərimizin uğurlu hissəsini alqışlayırıq. Lakin hamı ali təhsilə gəlməlidir deyə bir şey yoxdur. Ali təhsil təhsilin növbəti pilləsidir. Biz girişi daraldıb çıxışı genişləndirməklə, yoxsa əksinə etməklə nailiyyət əldə edə bilərikmi? Və ya imtahanlarla bağlı məsələni götürək. Oxşar məsələni müəllimlərin işə qəbul imtahanları ilə bağlı da deyə bilərik. Bu mövzularda müzakirələr aparmaq üçün forumda geniş imkanlarımız olacaq”.
Görəsən, Emin Əmrullayevin dediklərini həyata keçirmək nə dərəcədə realdır? Bununla Azərbaycan təhsili inkişaf edə bilərmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu say çoxluğunun bizə nəsə qazandırmayacağını bildirib:
“Əslində, oxşar fikir daha əvvəllər də səsləndirilib. Düşünürəm ki, peşə təhsilinə də diqqət artırılmalıdır. Ali təhsil ancaq yaxşı maaş anlamında başa düşülməməlidir. Statistikaya baxsaq, cinayətkarların əksəriyyəti ali təhsili olmayanlardır. Onlar bu kimi şeylərə daha çox meyl edirlər. Kəmiyyəti azaltmaqla keyfiyyəti çoxaltmaq bir çox sahə üçün keçərlidir. Sayın çoxluğu bizə nəsə qazandırmır. Ancaq bir statistikaya nəzər salsaq, görərik ki, Qafqaz ölkələri arasında ali təhsilli insanların sayına görə aşağı pillələrdəyik. Düzdür, bu il 50 mindən çox gənc tələbə adını qazandı. Ancaq biz bu sayı azalda bilmərik. O zaman xaricdə təhsil alacaqlar. Daha sonra bəzilərinin diplomları tanınmaya bilər”.
Ekspert qeyd edib ki, imtahan zamanı toplanan bal keyfiyyət göstəricisi deyil:
“Nəyisə əzbərliyib yüksək bal toplamaq keyfiyyət məsələsi deyil. Dövlət İmtahan Mərkəzi (DİM) iki dəfə blok imtahanı keçirib, pul qazanacaq deyə abituriyentlər olmazın stresini çəkəcəklər. Bizdə testin forması dəyişməlidir. Uşaqları əzbərçilikdən uzaqlaşdırmalıyıq. Universitet təhsilinə önəm verməliyik. 17 yaşlı uşağı bir neçə dəfə imtahana salırlar. Bu nə dərəcədə düzgündür? Universitetə qəbul asan, bitirməksə çətin olmalıdır. Bəli, hər kəs ali təhsili asanlıqla başa vurmamalıdır. Orta məktəblərdə də təhsil istənilən səviyyədə deyil. 200 balla universitetə qəbul olmaq problem deyil, məsələ tələbələrin ixtisasını tam mənimsəməməyidir, əmək bazarına uyğun yetişməməsidir. Verilən təhsil bazarın tələbini ödəmir. Bizdə praktikalar sənəd üzərindədir. Bunlardan danışmaq lazımdır”.
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











