Çində daşqınlar nəticəsində 70 küçədə bənd və yollar zədələnib

Çinin cənub-şərqindəki Xunan vilayətinin Ninsyan rayonun əhalisinin 815 min nəfəri (əhalinin 56 faizi) daşqınlardan zərər çəkib. Daha 44 nəfər isə ölmüş və itkin düşmüş sayılır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Jenmin jibao" nəşri yazıb.
Bildirilir ki, builki təbii fəlakət rayonun 60 illik tarixində ən güclüsü olub. İyunun 22-dən iyulun 1-dək burada yağıntıların illik miqdarı normadan 31,8 faiz və ya 461,1 millimetr artıq olub. Ən güclü yağışlar 30 iyun - 1 iyulda yağıb.
Təbii hadisə səbəbindən 14 min ev dağılıb, 70 küçədə bənd və yollar zədələnib, 22 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. 13 yaşayış məntəqəsi elektriksiz qalıb, yeddi yaşayış məntəqəsi ilə əlaqə kəsilib. İlkin hesablamalara görə, birbaşa və dolayı iqtisadi zərər 9 milyard yuan (1,3 milyard dollar) təşkil edir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












