"Çindən Avropaya göndərilən yüklərin çatdırılma müddəti 14 günə düşəcək" - Türkiyəli nazir

Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı, regionda sülhü gücləndirəcək. Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Milliyet” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, digər ticarət yolları ilə müqayisədə qısa olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan (Orta Dəhliz) tam istifadə olunarsa, Türkiyə qlobal logistikanın mərkəzinə çevriləcək: "Çindən Avropaya göndərilən yüklər Orta Dəhlizlə 18 günə gedə bilir. Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti işə düşəndən sonra bu müddət 14 günə düşəcək, Türkiyənin geostrateji liderliyi güclənrəcək. Hazırda Rusiyadan gedən nəqliyyat dəhlizi bağlıdır. Süveyş kanalından keçən Cənub Dəhlizi ilə yük 35 gün 7 saata daşınır. Yükləri dəniz yolu ilə Ümid burnundan keçən marşrutla isə 45 gün 22 saata daşımaq mümkündür. Həm dəniz, həm dəmiryolu ilə planlaşdırılan İnkişaf Yolu Layihəsi ilə bu göstərici 25 gündür”.
Zəngəzur dəhlizinin təkcə Türkiyənin deyil, Cənubi Qafqazın və Avrasiyanın gələcəyində mühüm rol oynacağını vurğulayan türkiyəli nazir qeyd edib ki, bu layihə beynəlxalq sülh və rifah üçün yol xəritəsidir: “Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı, regional sülhü gücləndirəcək. Ermənistanın tək çıxış qapısı və Qərbə açılan qapısı bizik. Ermənistanla Azərbaycan arasında razılaşma əldə olunduqdan sonra bu ölkə ilə bizim bir çox əlaqələrimiz inkişaf edəcək, normallaşacaq. Ermənistan ilə əvvəllər işləyən xətlərimiz var idi: həm avtomobil, həm də dəmir yolu ilə”.
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












