Çindən Azərbaycana yeni qatar marşrutu açılıb - FOTO - VİDEO

Çinlə Bakı arasında yük daşımalarını mümkün edən yeni “dəmir yolu-dəniz-dəmir yolu” marşrutunun istifadəyə verilməsi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) dayanıqlı inkişafını və Bakı Limanının strateji nəqliyyat qovşağı kimi rolunu bir daha ön plana çıxarır.
Bu barədə Avtosfer.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, yeni marşrut Orta Dəhlizi gücləndirməklə, şimal və dəniz yollarına alternativ olan daha sürətli və dayanıqlı nəqliyyat imkanları təqdim edir:
“Qlobal ticarətdə çevik və etibarlı logistika yollarına ehtiyacın artdığı bir dövrdə, Avrasiyanın kəsişməsində yerləşən Bakı Limanı Şərq-Qərb istiqamətində nəqliyyat əlaqələrini asanlaşdıran, iqtisadi inkişafı təşviq edən və regionun qlobal təchizat zəncirindəki rolunu möhkəmləndirən əsas giriş nöqtəsinə çevrilir. Azərbaycan üçün əsas strateji tranzit dəhlizi olan Orta Dəhliz Şərqdən Qərbə və əks istiqamətdə yüklərin daşınmasını təmin edir. ADY 2017-ci ildən bu dəhlizin fəal iştirakçısı və qurucularından biridir. Azərbaycan tərəfi həmçinin dəhlizin şaxələndirilməsi və alternativ marşrutların formalaşdırılması sahəsində əsas təşəbbüskar rolunu oynayır. ADY-nin əsas hədəflərindən biri də Orta Dəhliz vasitəsilə daşınan yük həcmlərinin artırılmasıdır. Bu məqsədlə ADY nümayəndələri xarici logistika şirkətləri ilə mütəmadi təmasda olur, danışıqlar və görüşlər keçirir”.
Hazırda Çin-Avropa yük qatarı Pekinin Fanşan rayonunda yerləşən Beynəlxalq Quru Limanından yola düşməyə hazırlaşır. Yükün təxminən 15 gün ərzində Bakıya çatması gözlənilir.
Xatırladaq ki, 2024-cü ildə TBNM ilə yükdaşımaların həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.





Qəzaların sayını azaltmaq üçün bunları etmək lazımdır - VACİB AÇIQLAMA
Avtomobilin üzərinə çıxan piyadanı nə gözləyir? — Bu qədər cəriməsi var - VİDEO
Trampın yeni hədəfi Afrikanın enerji mənbələridir? – Politoloq AÇIQLADI
"Bacı-qardaşlar bilmədən evlənə bilər" – Ekspertdən "hind filmi" xəbərdarlığı
Günəşdə güclü partlayış baş verib
Velosiped zolaqları ləğv oluna bilərmi? - AYNA-dan AÇIQLAMA
Generalın oğlunun keçmiş sevgilisi danışdı: "Onun ..." — FOTOLAR
Daxili İşlər Nazirliyi və təhlükəsizlik siyasəti: rəqəmlərin göstərdiyi mənzərə
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq – SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ!
Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir - SİYAHI
Paytaxtın 17 küçəsində tıxac var - SİYAHI











