Cinsi azlıqlar niyə özlərini reklam edirlər? - Şok səbəblər

Son vaxtlar Azərbaycanda qeyri-ənənəvi cinsi mənsubiyyətli insanların özlərini ictimaiyyətə nümayişkaranə şəkildə təqdim etməsi halları atrıb. Bir neçə il öncə bu cür insanlar ictimailəşməkdən çəkinirdilərsə, indi əksinə, istər sosial şəbəkələrdə, istərsə də hansısa məclislərdə çəkinmədən özlərini reklam edirlər. Elə dünən sosial şəbəkələrdə geniş müzakirə olunan Bakının "Qızıl Qaya" restoranında keçirilən toyun da göstəri olması məlum oldu. Son vaxtlar Azərbaycanda cinsi azlıqların özlərini reklam etmələrinin səbəbi nədir?
Avtosfer.az xəbər verir ki, bu barədə sosioloq Cavid İmamoğlu "qaynarinfo.az"a bunun səbəblərindən danışıb.
Sosioloq bildirib ki, sosial şəbəkələrin yaranmasının bu məslədə xüsusi rolu olub:"Müşahidələr göstərir ki, qeyri-ənənəvi cinsi orientasiyaya malik insanlar ənənəvi cəmiyyətlərdə özlərini streotipli göstərməyə meyilli olurlar. Yəni, onlar cəmiyyətin neqativ təsirini daima öz üzərlərində gördükləri üçün hərəkətlərinə limit qoyur və mümkün qədər müşahidə obyekti olmaqdan çəkinirlər. Belə qrup insanlar özlərini daha çox sosial şəbəkələrdə, virtual dostların dəstəyi ilə reallaşdırırlar. Daim sevgi və diqqətə ehtiyacı olan bu qrup insanlar sosial şəbəkə və ya digər bu tipli virtual mənbələrdə dəstəklənmək üçün əllərindən gələni edirlər. Çalışırlar ki, fərqli görünsünlər, onları izləyənlərin gülüş və sevgisinə layiq görülsünlər".
C.İmamoğlu deyib ki, cəmiyyətin onları gülüş obyektinə çevirməsi də onları daim özlərini təqdim etmək yolları aramağa vadar edir:"Seksual orientasiyanın fərqli olması insanları lağ obyektinə çevirməməmlidir. Bizim reallıqda isə sosial şəbəkələrdə camaatımız belə insanların paylaşdığı videoaları lağ-lağı ilə paylaşır və bundan zövq alırlar. Buna görə də onlar daim özlərini təqdim etmək formaları axtarırlar. Fərqli sözlər və fikirlər irəli sürmək, fərqli hərəkətlər etmək hesabına cəmiyyətdə fərqlənmək, diqqət cəlb etmək və populyarlıq qazanmaq fikrinə düşürlər ki, bu da əslində normal hal deyil. Normal sosial fərdlər öz ünsiyyət bacarıqları, davranışları, tutaq ki, savadı, ictimaiyyətə xeyir verə bilən fəaliyyətləri ilə fərlənməyə çalışmalıdırlar".
Sosioloq deyib ki, fəqli cinsi oriyentasiyalı insanlardan bir qismi isə avropa ölkələrinə üz tutmaq üçün mümkün qədər populyarlaşmaq istəyirlər: "Onlardan bir qismi isə avropa ölkələrinə köçmək üçün bəhanə axtarırlar. Onlar avropa ölkələrində sığınacaq almaq üçün sosial şəbəkələrdə özlərinə qarşı olan münasibətləri dəlil kimi göstərirlər.
Sosioloq onların bu cür populyarlaşmaqla portnyor tapmaq niyyətləri ola biləcəyini də istisna etməyib: "Amma bu, az hallarda ola bilər".
Rusiya 13 il əvvəl qadağan edilmiş yanacağa qayıdır
Regional Bağlantı İnvestisiya Konfransı Bakıya nə qazandıracaq? – EKSPERT
Arzum məhkəmə zalında HƏBS EDİLDİ - FOTO
Azərbaycanın 108 il keşiyində xidmət - 2 İyul “Polis günü”
Süni intellekt şirkəti yanıltdı; mühəndislər işə qayıdır - AÇIQLAMA
Yerə güclü maqnit qasırğası yaxınlaşır
Azərbaycan nəqliyyat infrastrukturuna böyük investisiyalar yatırır - Dövlət başçısı
Taksi sürücülərinin sifarişi ləğv edən sərnişin qarşısında hüququ necə qorunmalıdır? - AÇIQLAMA
Bulvardakı elektrikli faytonlara qoyulan 40 manat çox yüksək məbləğdir - SOSİOLOQ
Avtomobil dünyasında yeni dövr; əyləc pedalı ləğv olunur
Taksi sifarişində qiymətlər artıb? – “Bolt”dan AÇIQLAMA - VİDEO










