Çirkli hava 412 nəfərin ölümünə səbəb oldu - Tehranda

Artıq 10 gündən çoxdur ki, Tehranda çirkli hava şəraiti davam edir. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Tehran bürosunun məlumatına görə, hava kirliliyini azaltmaq üçün şəhər rəhbərliyi böhran komitəsi yaradıb. Yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq olunub, bəzi sənaye müəssisələrində iş dayandırılıb, məktəblərdə tətil elan olunub. Tehran Şəhər Şurasından bildirilib ki, oktyabrın 21-dən noyabrın 13-dək Tehranda havanın çirkliliyinə görə ölənlərin sayı 412 nəfərə çatıb.
Dünya Səhiyyə Təşkilatının statistikasına əsasən hava kirliliyi ucbatından İranda hər il 26 min nəfər ölür. İran Səhiyyə Nazirliyi bu səbəbdən təkcə Tehranda hər il 6 min nəfərin öldüyünü açıqlayıb. Tehranda havanın çirklənməsinə səbəb olan başlıca amil nəqliyyat vasitələridir. Şəhərdə əhalinin 40 faizi ictimai nəqliyyatdan istifadə edir, 60 faizi isə öz şəxsi avtomobili ilə hərəkət edir. Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alır.

Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - Bu marşrutların hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








