Civəni satmaq istəyən şəxslər saxlanıldı

Dövlət Gömrük Komitəsi (DGK) Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları güclü təsiredici zəhərli maddə olan civə və həmin maddəni realizə etmək istəyən şəxsləri aşkar ediblər. Bu barədə Avtosfer.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əvvəlcədən daxil olan məlumat əsasında, Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə əməliyyat keçirib. Əməliyyat nəticəsində, Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki "Babək" kafesinin qarşısında Azərbaycan vətəndaşı Kərimov Möhübbət Baxtəvər oğlu ümumi çəkisi 1064,5 qram olan civəni əməliyyat tədbirinə şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb. Daha sonra əməliyyat tədbirləri davam etdirilib və Möhübbət Kərimova civəni satması üçün təhvil verən ölkə vətəndaşı Alıyev Mircəfər Lətif oğlu Abşeron rayonu, Xırdalan şəhəri, Bünyad Sərdarov küçəsi, 156 ünvanında yaxalanıb. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə ittiham elan edilib və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin törədilməsində iştirak edən digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY












