“Çıxardın atın yeşiyə o dəmir-dümürləri…” – İlham Əliyev

“Nə qədər adam fərarilik edib. Onların xunta başçısı gizlənmişdi bunkerdə. Burnunu belə çıxara bilmirdi. Bəs hanı sənin hünərin, cəsarətin?! Biz Ermənistan ordusunu çökdürdük!”. Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib. “Eyni zamanda Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan isə son 2 il ərzində öz ölkəsini məhv edib, sadəcə olaraq fikirləşir ki, necə öz canını qurtarsın erməni xalqının qəzəbindən. Biz Koçaryan, Sarqsyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını belə soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünə vurmusunuz saxta qəhrəman ordenlərini. Çıxardın atın yeşiyə o dəmir-dümürləri. Sizi biz məğlub etmişik, Paşinyan heç kimdir! Sizi – Koçaryan və Sarqsyan! Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik. Sizin ordunuzu biz məhv etmişik!”, – o qeyd edib.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO










