Çıxılmaz vəziyyətdə qalan əhali: "50 dərəcə istidə su yoxdur" - VİDEO

Siyəzənin Daşlı Çalğan kəndinin sakinləri uzun illərdir susuzluqdan əziyyət çəkirlər. Təxminən 30 ev olan kənddə, demək olar ki, heç bir evdə su yoxdur. Sakinlər kənddə mövcud olan yeganə bulaqdan qablarla su daşıyaraq tələbatlarını ödəməyə çalışırlar.
Avtosfer.az xəbər verir ki, onların sözlərinə görə, bulaq kəndin aşağı hissəsində yerləşir və suyu çox zəif gəlir.
"Maşınım var deyə hər gün qabları doldurub evə gətirirəm. Amma maşını olmayanlar nə etsinlər? Hamı su daşımaqdan böyrək xəstəliyinə tutulub", - deyə kənd sakinlərindən biri bildirib.
"Cavanların hamısı çıxıb gedib. 50 dərəcə istidə hər gün evə su daşıyırıq. Kənd əldən gedir", - deyə başqa sakin narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidmətindən bildirilib ki, kənddə agentliyin mərkəzləşdirilmiş su şəbəkəsi mövcud deyil. Kəndin yüksək dağ relyefində yerləşməsi suyun çəkilməsini və daşınmasını çətinləşdirir.
Qurumdan qeyd olunub ki, su şəbəkəsi olmayan ərazilərdə təchizatın qurulması üçün müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası mövcud texniki vəziyyət və digər amillər nəzərə alınmaqla mərhələli şəkildə həyata keçiriləcək.
Daha ətraflı Baku TV-nin süjetində:
Azərbaycanda ətin qiyməti artır: Əsas səbəblər və bazardakı vəziyyət AÇIQLANDI
Buraxılış imtahanında 300 bal toplayanların sayı az ola bilər - EKSPERT
Abidələrin üzərinə yazılan tarixlər ziddiyyətli olmamalıdır – MEMAR - FOTO
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək - FOTOLAR
Bakı səmasında uçan dronla bağlı görüntülər – VİDEO
Nazirlikdən Bakıdakı dron səsi ilə bağlı AÇIQLAMA
Ramazan ayının iyirmi altıncı gününün duası - İmsak və iftar vaxtı
Nazirlər Kabineti mühüm qərar verəcək
Bu seriallar yayımlanmayacaq - SİYAHI
Ramazan ayının iyirmi beşinci gününün duası - İmsak və iftar vaxtı
Prezident TƏSDİQLƏDİ: Aprelin 1-dən qüvvəyə minəcək










