Cızılan oturacaqlar, yazılan partalar... - İctimai mülkiyyətə nifrət nədən qaynaqlanır?

Nə qədər təhsilimizi, həyat tərzimizi müasirləşdirsək də, ictimi mülkiyyətə baxışlarımız ötən əsrdə qalıb. Sanki Sovetlər dönəmində olduğu kimi insanlarda ictimai mülkiyyətə bir nifrət var. Ona görə də əksəriyyətimiz təhsil aldığımız məktəbdə stolu yazırıq, mindiyimiz avtobusu cızırıq, istirahət etdiyimiz parkdakı oturacağı sındırırıq. Buna görə də bir çox hallarda heç ictimai qınaq da görmürük. Çoxlarımız evimizi dövlət, ailə üzvlərimizi isə xalq bilirik. Ona görə də evimizin kandarından o tərəfə nə görsək, ona düşməncəsinə yanaşırıq: zibilliyirik, dağıdırıq, sındırırıq...
Hələ məşhur konfrans zallarında masanın və stulun altına toxunarkən əlimizə yapışan saqqızları demirik.
Bəs bizdə ictimai mülkiyyətə nifrət niyə bu qədər güclüdür?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, ictimai mülkiyətə münasibət ictimai şüurla, ictimai tərbiyə ilə bağlı məsələdir:
“Əgər ictimai mülkiyətə laqeyd, bəzi hallarda dağıdıcı münasibət varsa, demək ki, bu sahədə boşluq var. Ailələrdə və digər sosiallaşma institutlarında ictimai mədəniyyət, ictimai şüur aşılanmalıdır. Uşaq və gənclərə ətraf mühitə doğma ev təfəkkürü, yurdun, Vətənin hər nəsnəsinə sevgi aşılanmalıdır. Əks təqdirdə cəmiyyətdə ictimai yerlərdə deviant və delikvent davranış sərgiləyən hallarla daha çox qarşılaşacağıq. Uşaq və gənclərlə ideoloji tərbiyə işlərini gücləndirmək, daha səmərəli metodika tətbiq etmək lazımdır. Bu istiqamətdə mütəmadi olaraq sosial çarxlar vasitəsilə mesajlar ötürülməlidir. Eyni zamanda inzibati hüqiqi müstəvidə cəzalar sərtləşdirilməlidir. Yəni paralel olaraq həm tərbiyəvi işlər, həm də inzibati nəzarət gücləndirilməlidir. Bu hallara nəzarəti texniki və sosial agentlər vasitəsilə daha da effektiv etmək olar”.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












