Banner

CNN Türk İkinci Qarabağ müharibəsi ilə bağlı sənədli film hazırlayıb - VİDEO

Gündəm 28 Mart 2021 19:40 Oxunub 944
CNN Türk  İkinci Qarabağ müharibəsi ilə bağlı sənədli film hazırlayıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

CNN Türk telekanalında "Qarabağda 44 gündə nələr yaşandı?" adlı sənədli film nümayiş olunub.

Avtosfer.az xəbər verir ki, kanalın müxbiri Fulya Öztürkün müəllifi olduğu sənədli filmdə Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad olunması uğrunda həyata keçirdiyi əks-hücum əməliyyatından bəhs edilir.

Ekran əsərində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin 44 gün davam edən Vətən müharibəsi dövründə dünyaya ünvanladığı mesajlar yer alıb.

Həmçinin filmdə Ermənistanın cəbhə xəttindən kənarda yerləşən Azərbaycan şəhərlərini raket zərbələri ilə bombalaması və günahsız insanların qətlə yetirilməsindən söz açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh