Cocuq Mərcanlı kəndində avtomobil yolunda 656 ədəd qəlpə aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) fevralın 20-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb. ANAMA-dan Avtosfer.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 3 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 656 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkarlanmayıb, nəticə etibarilə 19 660 kv.m ərazi (9 160 kv.m əl ilə və 10 500 kv.m mexaniki üsulla) yoxlanılıb. 17 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 26 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 128 226 kv.m ərazi (55 226 kv.m ərazi əl ilə və 73 000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumiyyətlə ANAMA tərəfindən bu il yanvarın 1-dən fevralın 20-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 29 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 157 220 kv.m ərazi (84 220 kv.m ərazi əl ilə və 73 000 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.
Emin
"Güzgüyə ancaq üz qırxanda baxırlar" - Yollarda təhlükəsizliyi nələr təhdid edir? - VİDEO
Xaricdə təhsilə maraq artır, amma hər universitetin diplomu ölkədə tanınmır – TƏHSİL EKSPERTİ
İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? - VİDEO
Təmassız ödənişlərin sürətlə artımı ölkə iqtisadiyyatına necə təsir edir? – Mütəxəssis RƏYİ
Paytaxtda parklanma azdır, amma yerlər ləğv edilir – Səbəb nədir?
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR
Görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Bu küçə təmir işləri ilə əlaqədar 3 gün bağlı olacaq
Prezident və xanımı sərgilərlə tanış oldu - FOTOLAR
Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI
Elektron xidmətlərin inkişafı dövlət idaarəçiliyini optimallaşdırır - İQTİSADÇI EKSPERT













