Cocuq Mərcanlı yolunun tikintisi yekunlaşmaq üzrədir – FOTO+VİDEO

Cəbrayıl rayonunun Cocuq mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi artıq son mərhələdədir. Bu barədə Avtosfer.az "Azəravtoyol" ASC-yə istinadən xəbər verir. Məlumatda deyilir ki, ümumi uzunluğu 9 km, layihə üzrə eni 12 metr təşkil edən avtomobil yolunun hazırda 8 km-ə yaxın hissəsinə asfalt - beton örtüyünün ilk qatı döşənib. Qalan hissədə isə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə qalan hissənin də asfaltlanması nəzərdə tutulub. Ümumilikdə isə 2 qat olmaqla yolun 68 min m2 sahəsi asfaltlanacaq. Asfaltlanma işlərinə qədər yolun 5 km-lik hissəsində bərpa işləri, 4 km-lik hissəsində isə yenidənqurma işləri aparılıb. Tikinti işləri zamanı zəruri olan yerlərdə 9 ədəd su keçidi tikilib, 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri görülüb. Sözügedən körpünün uzunluğu 24 metr, eni isə 10 metrdir. Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni isə 1.5 metr təşkil edir. Tikinti işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də aparılacaq. Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişinin rahatlaşdırmasına hesablanıb.
Emin
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY






















