Cocuq Mərcanlıda iş başladı - FOTO

ANAMA Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb. Avtosfer.az-a daxil olan məlumatda qeyd edilir ki, hazırda Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində 280 hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatına başlanılıb. Əməliyyatlara 90 nəfər işçi heyəti, 10 baş minaaxtaran it və 3 ədəd mexaniki minatəmizləmə maşını cəlb olunub.
Təmizləmə əməliyyatları başlanan tarixdən indiyədək 62 066 kv.m. ərazi (27 866 kv.m. əl ilə və 34 200 kv.m. mexaniki üsulla), 11 ev təmizlənmiş və 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) tapılaraq zərərsizləşdirilib. Eyni zamanda, kəndin əkin üçün nəzərdə tutulmuş ərazisində də təmizləmə əməliyyatlarına start verilib.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında, gələcəkdə yerli sakinlərin istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrində çoxlu sayda minaların mövcud olduğu aşkar olunub.
Emin


Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












