Coğrafiya İnstitutu: "Xəzərin Qoltuq körfəzində dəniz 1,5-2 km geri çəkilib" - FOTO

Neftçala-Ələt sahillərində ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunur, dəniz 1.5-2 km geri çəkilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub.
Qeyd edilib ki, Sara adası şərqə doğru 2.5 km genişlənib, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülüb, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub.
Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40-50 metrdən 200-300 metrə qədər dəyişib.
Qeyd edilib ki, ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250-300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.
Həmçinin vurğulanıb ki, dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.
Məlum olub ki, dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyillərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır.





Rəqsanə yenidən həbs ediləcək? - Səidə Bəkirqızı məhkəməyə verir
Bu yollarda tıxac var - SİYAHI
Tıxac işə gecikmək üçün üzrlü səbəbdirmi? – EKSPERT RƏYİ
Azərbaycanda yanacaq balansı dəyişir - "Regionu biz təmin edirik"
Piyadalar ən çox gecə saatları vurulur...
Bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO











