Çökən yolda hərəkət axşam bərpa ediləcək - VİDEO

Səhər saatlarında Bakının Nizami rayonunda Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən çökən yolun təmiri gecə saatlarında da davam etdirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, gecə saatlarında əraziyə "Azərsu" ASC-nin 6 texnikası və canlı qüvvəsi cəlb edilib. Ərazidə işləyən briqadanın iş icraçısının "Report"a verdiyi məlumata görə, yolun çökməsinə səbəb kanalizasiya borusunun istismar müddətinin bitməsi olub: "Buna görə də yol çöküb. Sözügedən küçədə hər iki tərəfdən nəqliyyatın hərəkəti məhdudlaşıb. Təxminən 20-25 metr ərazini əhatə edən çökən ərazidə qazıntı işi aparılıb çürümüş borular çıxarılıb. Gecə saatlarında isə kanalizasiya boruları təzyiqlə verilən su ilə yuyulub ki, kanalizasiya suyunun səviyyəsi aşağı ensin. Səhər saatlarında isə diametri 1200 millimetr olan beton borular istismar müddətini bitirən boruların yerinə bərkidiləcək".
İş icraçısın sözlərinə görə, bugün axşam saatlarına qədər iş tam yekunlaşacaq və Mehdi Abbasov küçəsində nəqliyyatın hərəkəti bərpa ediləcək.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












