Çökən yolda nəqliyyatın hərəkəti bərpa olundu - Cəlilabadda

Cəlilabadda 23 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın cənub bürosuna Cəlilabad Rayon Yol-İstismar Sahəsinin rəisi Vahid Muradov məlumat verib. O bildirib ki, uzunmüddətli yağıntılar səbəbindən 20 min nəfər əhalinin yaşadığı və 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Soltankənd hissəsi çöküb. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Rayonun müvafiq qurumlarının, o cümlədən yol-istismar sahəsinin işçi qüvvəsi və ağır texnikası dərhal bərpa işlərinə cəlb olunub. Onların səyləri ilə gecə saat 02:00 radələrindən etibarən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda hərəkət bərpa edilib. V. Muradovun sözlərinə görə, yağış yağmasına baxmayaraq, sürüşmə baş verən ərazidə bərpa işləri davam etdirilir. Qısa müddətdə yol tam təmir olunacaq.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
















