COP29-la bağlı metroda iş rejimi dəyişəcəkmi? - RƏSMİ CAVAB

Məlum olduğu kimi, 11-22 noyabr aralığında Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) keçiriləcək. Ölkəyə 60 mindən çox qonağın, həmçinin onlarla dövlət və hökumət başçısının gələcəyini nəzərə alsaq, Bakıda müəyyən məhdudlaşdırıcı tədbirlərin tətbiqi qaçılmazdır.
Nazirlər Kabinetinin qərarına əsasən, həmin müddətdə dövlət qurumlarının 70%-nin iş rejimi dəyişdirilərək distant formaya keçiriləcək.
Maraqlıdır, həmin günlərdə Bakı metropoliteninin iş rejimində dəyişiklik gözlənilirmi?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qrafikdə hər hansı dəyişikliyin nəzərdə tutulmadığını deyib:
“Tədris mövsümü başlayanda Bakı metropoliteninin iş rejimi onsuz da ən optimal və sıx qrafikə keçir. Bu səbəbdən də COP29 tədbirləri ilə bağlı qrafikdə hər hansı əlavə dəyişikliklər nəzərdə tutulmayıb”.
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ










