Çovğun Bakı-Moskva aviareyslərinə təsir göstərməyib

Moskva şəhərində müşahidə edilən qeyri-sabit hava şəraiti (çovğun) Bakı-Moskva və Moskva-Bakı istiqamətində yerinə yetirilən aviareyslərin qrafikinə təsir etməyib. Təyyarələrin hərəkətində də heç bir ləngimə və ya təxirəsalma qeydə alınmayıb. Avtsofer.az xəbər verir ki, bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Bu gün Moskvadan Bakıya sonuncu reys saat 05:22 radələrində yerinə yetirilib. Növbəti təyyarənin saat 14:00-da yola düşəcəyi planlaşdırılıb. Ümumilikdə, bu gün üçün Moskvadan Bakıya 7 aviareysin yerinə yetirilməsi nəzərdə tutulub və hələ ki, heç bir təxirəsalma yoxdur.
Qeyd edək ki, Bakı-Moskva-Bakı marşrutu ilə aviareyslər hər gün yerinə yetirilir.
Rusiyanın "Gazeta.ru" saytının yaydığı məlumata görə, qeyri-sabit hava şəraitinə görə Moskvanın "Domodedovo", "Vnukovo" və "Şeremetyevo" hava limanlarında 50 aviareys təxirə salınıb, daha 10 reysdə isə ləngimələr qeydə alınıb. Hazırda "Vnukovo" hava limanında isə 1 reys təxirə salınıb, ləngiyən reys yoxdur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












