Çovğunlu hava şəraiti Bakı-Moskva aviareyslərinə təsir etməyib

Rusiyanın paytaxtı Moskva şəhərində müşahidə edilən çovğunlu hava şəraiti Bakı-Moskva və Moskva-Bakı istiqamətində həyata keçirilən aviareyslərin qrafikinə təsir etməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib: "Təyyarələrin hərəkətində heç bir ləngimə və ya təxirəsalınma qeydə alınmayıb".
Qeyd edək ki, Bakı-Moskva və Moskva-Bakı istiqamətində həftənin hər günü aviauçuşlar yerinə yetirilir. Bakıdan Moskvanın "Domodedovo" hava limanına saat 10:40, 17:35, 20:00-da, "Şeremetyevo" hava limanına saat 06:00 və 16:05, "Vnukovo" aeroportuna isə həftənin I, III, IV, V və VI günləri saat 08:00-da, digər günlər isə saat 15:00-da aviareyslər həyata keçirilir.
Moskvadan isə təyyarə həftənin hər günü "Domodedovo" hava limanından saat 12:30, 14:40 və 23:35-də, "Şeremetyevo" hava limanından 00:55, 11:00 və "Vnukovo"dan 09:55 və 11:10-da Bakıya istiqamət alır.
Rusiyanın "TASS" Agentliyinin yaydığı məlumata görə, Moskva hava limanlarında 30 aviareys təxirə salınıb, 40-ı isə ləngiyir. Belə ki, "Domodedovo" aeroportunda 22 reys ləngiyir, 4-ü isə təxirə salınıb. "Şeremetyevo"da 13 reys ləngiyir, 29 reys təxirə salınıb. "Vnukovo" və "Şeremetyevo" hava limanlarının qrafikində heç bir dəyişiklik edilməyib. Paytaxt və ətraf ərazilərdə havanın boranlı keçəcəyi və yolların buz bağlayacağı barədə məlumat verilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












