COVİD-19 xəstələri Mingəçevirdə karantin postunda saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-2106” markalı avtomobildə olan sərnişinin COVİD-19 xəstəsi olduğunu aşkar ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Göyçay şəhər sakini Abidə Yusifova koronavirus xəstəsi olmasına və ev şəraitində müalicə almasına baxmayaraq, qaydaları pozub yaşadığı ünvanı tərk edərək qohumuna məxsus avtomobillə Göyçaydan Mingəçevir şəhərinə gələrək virusun yayılmasına şərait yaradıb.
COVİD-19 virusunun daşıyıcısı olan Zərdab rayon sakini Elvin Məmmədli də Mingəçevir şəhəri ərazisinə daxil olmaq istəyərkən karantin postunda saxlanılıb. Əraziyə həkim briqadası dəvət olunub və həmin şəxslər yaşadıqlara rayonlarda qeydiyyatda olduqları ünvanlara geri qaytarılıblar.
Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanın “Aİ-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr – SİYAHI
Paşinyan niyə "qorxunc təhlükə" xəbərdarlığı etdi: Ermənistanda "müharibə partiyası"...
Azərbaycanın bəzi çaylarında sululuq artır: Sel təhlükəsi - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
Sosial şəbəkələrdə “1200 manatlıq” tələ – XƏBƏRDARLIQ EDİLDİ
FHN əhaliyə müraciət etdi - Yanğın təhlükəsizliyinə riayət edin!
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO











