COVİD-19 xəstəsi karantin postunda saxlanıldı
Gündəm 24 Noyabr 2020 11:47 Oxunub 210
COVİD-19  xəstəsi karantin postunda saxlanıldı

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Sabirabad Rayon Prokurorluğundan Avtosfer.az-a verilən məlumatda bildirilir ki, Sabirabad rayon sakini 1964-cü il təvəllüdlü Əkbərov Qubad Əkbər oğlunun 11.11.2020-ci il tarixdə "Covid-19" virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 23.11.2020-ci il tarixdə idarə etdiyi "QAZ-3110" markalı avtomobillə hərəkətdə olarkən xüsusi karantin rejimi ilə əlaqədar yaradılmış stasionar postda saxlanılaraq epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratması müəyyən edilmişdir.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Polis Şöbəsinə göndərilmişdir.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh