COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? - Səhiyyə Nazirliyindən cavab - VİDEO

Peyvəndlərin, xüsusilə də COVID-19-a qarşı aparılan vaksinləmənin sağlamlığa təhlükə yaratması ilə bağlı narahatlıqlar hələ də mövcuddur. Qeyd olunan hallarla yanaşı, "CBC News" 2025-ci ildə yayımladığı materialda "Pfizer" peyvəndinin tətbiqindən sonra ürək əzələsinin və ürəyi əhatə edən qişanın iltihabı hallarına rast gəlindiyini bildirib.
Maraqlıdır, bəs bu iddialar həqiqətə nə qədər yaxındır?
Avtosfer.az xəbər verir ki, Baku TV məsələ ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.
"Mən vaksin vurdurmuşam. Heç bir problemlə rastlaşmamışam", - sakinlərdən biri söyləyib.
Digər bir vətəndaş isə qeyd edib: "Nənəm vaksindən şikayət edirdi. Peyvənd vurdurmazdan öncə özünü daha enerjili hiss etdiyini, vaksindən sonra isə halsız və gücsüz olduğunu deyirdi".
Həkim Adil Qeybullanın sözlərinə görə, günümüzdə COVID pandemiyası, onun insan orqanizmində buraxdığı izlər, eləcə də vaksinləmənin özü və təsirləri geniş şəkildə araşdırılan məsələlərdir:
"Ona görə də hesab edirəm ki, bu cür qənaətlər, əslində, antivaksin təbliğatının tərkib hissəsidir. Bu iddialar müəyyən şəxslər tərəfindən yayılır. Qeyd olunan dəyişikliklər COVID pandemiyası dövründə keçirilmiş infeksiyanın qalığı kimi də izah oluna bilər. Məsələn, onkoloji xəstəliklərin, yaddaş və digər funksional pozuntuların yaranması və s. Amma bütün bunları peyvənd ilə bağlamaq üçün, məncə, kifayət qədər əsas yoxdur".
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, bu iddialar əsassızdır:
"COVID-19 əleyhinə tətbiq olunan peyvəndlərlə gənclərdə ürək çatışmazlığı arasında birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyən etibarlı elmi sübutlar mövcud deyil. Bu sahədə aparılan beynəlxalq və yerli tibbi müşahidələr peyvəndlərin təhlükəsiz və effektiv olduğunu göstərir. Ayrı-ayrı sağlamlıq halları peyvənddən asılı olmayaraq müxtəlif tibbi səbəblərlə baş verə bilər və hər bir vəziyyət sübuta əsaslanan tibb prinsiplərinə uyğun olaraq həkimlər tərəfindən fərdi şəkildə qiymətləndirilir".
Nazirlikdən o da vurğulanıb ki, məsələ mütəmadi olaraq nəzarətdə saxlanılır və elmi cəhətdən təsdiqlənmiş yeni məlumatlar əldə edildikcə ictimaiyyətə açıq şəkildə təqdim olunur.
Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə..
Müəllimini güllələyən şagird kimlərdən göstəriş alıb? - ŞOK DETALLAR ÜZƏ ÇIXDI
Bakının "nəqliyyat dərdi"nə dərman olacaq? - Relslər üzərində yeni ümid
Bölgələrdə bir günlük istirahət neçəyə başa gəlir? - QİYMƏTLƏR
Güclü külək nə qədər maşın və evə ziyan vurub? - Ödənilən məbləğ
Paytaxt avtobusunda qeyri-adi addım – “BakuBus”un sürücüsü ... – VİDEO
Bu telefonların maya dəyəri bahalaşdı - VİDEO
Azərbaycanda qadınların nəqliyyat sektorunda təmsilçiliyi artır - Pilotdan maşinistədək
Bu dayanacaqda saxlamayan avtobus sürücülərinə xəbərdarlıq edilib – AYNA-dan AÇIQLAMA
Yeni sədr kimdir? - Dosye
Sürücü hazırlığı üzrə təhsil haqqı endirildi - 266 manatdan ... - AYNA - FOTO











