D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI

Hamı D vitamininin orqanizm üçün vacib olduğunu bilir. Bəzən isə ehtiyac olub-olmadığını yoxlamadan, həkim məsləhəti almadan reseptsiz şəkildə D vitamini qəbul edənlər də az deyil. Son günlər isə bununla bağlı yeni fikirlər yayılıb: bildirilir ki, D vitamini və xolesterin qanda “spirt” yaradır, yəni alkoqol qəbul etməsən də içkili sayılırsan.
Bəs bu nə dərəcədə doğrudur? Həqiqətənmi vitamin qəbul etmək belə bir nəticəyə səbəb ola bilər?
Avtosfer.az-ın məlumatına görə, həkim Vüqar Məmmədov bunu belə izah edir ki, xolesterin və D vitamini steroid sayılır.
“Steroid adı ona görə deyilir ki, quruluşca çox yaxındırlar. Steroidlər eyni tip “skeletə” sahib olan maddələrdir. Steroidlərə xolesterin, vitamin D, hormonlar – testosteron, estrogen, kortizol və s. daxildir. Xolesterinə xolesterol da demək olar, yəni spirtdir. Ona görə də sadalananların artıq olması, orqanizmdə içilmədiyi halda belə spirtin olması deməkdir”.
Lakin bu spirti xaricdən, yəni ağız vasitəsilə qəbul olunan spirtlə qarışıq salmaq olmaz. İçkilərdə olan spirt etanol adlanır. Bu, tam fərqli maddədir və sərxoşluq yaradan da məhz budur. Xolesterin və D vitamini isə sərxoş etmir. Çox nadir hallarda orqanizmdə bağırsaqda həddən artıq fermentasiya nəticəsində spirt səviyyəsi arta bilər. Yəni bəzilərinin iddia etdiyi kimi D vitaminin qəbulu yol polisinin nəfəs ölçən cihazında spirt kimi özünü göstərmir. Həmin cihaz etanol aşkar edir. Bu da adətən yalnız spirtli içki qəbul etdikdə yüksəlir. Nəfəsə keçib ölçüləcək formada olmur (Bizim.Media).
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












