Dadaşeva bacıları Ferrari alarkən saxlanıldılar – FOTO

Moskvada polis əməkdaşları Məryəm və Tamilla Dadaşeva bacılarını 7 milyon rubl məbləğində Ferrari avtomobilini alarkən saxlayıblar. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, Məryəm çoxdan bu avtomobilin arzusunda idi. O, ötən il BƏƏ-də Ferrari muzeyində avtomobillə foto çəkdirərək “Instagram”da “Mənə bağışlayın” yazısı ilə paylaşmışdı. Məlum olub ki, hər iki qız “Sberbank”ın əməkdaşlarıdırlar. 26 yaşlı Məryəm Böyük Andronyevski küçəsində kredit təşkilatı şöbəsində müştəri meneceri vəzifəsində çalışırdı, 22 yaşlı Tamilla isə eyni vəzifədə Lyusinov küçəsindəki şöbədə işləyirdi. Bacıların hər ikisi kiçik biznesə cavab verən şöbədə çalışırdılar. Müstəntiqlər hesab edirlər ki, bahalı avtomobili almazdan bir neçə gün əvvəl Dadaşeva bacıları böyük fırıldaqlarını həyata keçiriblər. İlkin məlumata əsasən, hüquqi şəxslərlə işləyən və onların hesablarına girişi olan qızlar 40 milyon rubl vəsaiti “çıxararaq nağdlaşdırıblar”. Bu vəsaiti sonradan bir günlük şirkətlərin adına yazaraq özlərinə götürüblər. Pulları alandan bir gün sonra qızlar alış-verişə gediblər. Hər iki qız barəsində “xüsusi böyük məbləğdə törədilmiş fırıldaqçılıq” maddəsi ilə cinayət işi açılıb. “Sberbank” rəhbərliyi isə belə bir fırıldağın necə həyata keçirilməsi ilə maraqlanır. Qeyd etmək lazımdır ki, Məryəm Dadaşeva 2013-cü ildə Rusiya Xarici Ticarət Akademiyasını bitirib. O, “Sberbank”a diplom almamışdan bir il əvvəl işə düzəlib. Onun kiçik bacısı Tamilla isə iqtisadiyyat və hüquq üzrə mütəxəssisdir. Dadaşeva bacılarının sosial şəbəkələrdə paylaşdıqları fotolardan belə qənaətə gəlmək olar ki, onlar səyahət etməyi, restoran və klublarda əylənməyi xoşlayırlar.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










