Dağıstanda sürücülər avtomobillərə hücum edib, zərərçəkənlər arasında azərbaycanlılar da var

Azərbaycandan Rusiyaya yük daşıyan 30-dan çox maşına Dağıstanda hücum olub. Avtosfer.az xəbər verir ki, yük maşınlarından birinin sürücüsü Məhəmməd Həsənov APA-ya bildirib ki, Azərbaycan-Rusiya sərhədini keçdikdən sonra Dağıstanın Qayakənd, Manas, Mahaçqala, Babayurt, Gizlər və Qoçubəy ərazilərində yük maşınlarına qəfil hücumlar olub. Onun sözlərinə görə, sərhədi martın 28-də keçiblər, yol polisi onları müşayiət edib: "Daşlarla, dəmir parçaları ilə silahlanmış dağıstanlı sürücülər yolboyu maşınlara qəfil hücum etməyə başladılar. Həmin sürücülər Rusiyada yük maşınları üçün yeni sistemin tətbiq olunmasına etiraz olaraq tətil keçirirlər. Bizə də deyirdilər ki, onlar işləmir, biz də işləməyək. Yük maşınları Moskva, Sankt-Peterburq, Voronejə doğru hərəkət edirdi. Yük maşınlarında meyvə-tərəvəz daşınır”, - deyə sürücü bildirib. M.Həsənov qeyd edib ki, hadisə vaxtı maşınlara ciddi ziyan dəyib. Habelə bir yük maşının sürücüsü hücum zamanı idarəetməni itirərək qəza törədib. Nəticədə sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib: “Biz indi Stavropol ərazisindəyik”. Qeyd edək ki, Rusiya ərazisində “Platon” sistemi tətbiq olunmağa başlayıb. Sürücülər də bu sistemə etiraz edirlər. Dağıstanda “Platon”un əleyhinə aksiyada iştirak etmək istəməyən yerli sürücülərin də avtomobilləri yandırılıb. “Platon” sistemi ilə maksimum kütləsi 12 tondan çox olan yük maşınlarından ödənişlər alınması nəzərdə tutulur.
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY














