Dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda iş gedir - FOTO

Payız-qış mövsümü ilə əlaqədar olaraq “Azəravtoyol” ASC avtomobil yollarında kompleks tədbirlər həyata keçirilir, dağlıq ərazilərdən və sürüşmə zonalarından keçən yollarda qabaqlayıcı addımlar atır. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində Muğanlı-İsmayıllı avtomobil yolunun 1-10-cu km-lik hissəsində təmir-bərpa işləri görülür. Sözügedən yolun sürüşmə ərazilərindən keçən hissələrində bərkitmə işləri aparılır, yolun çiyinləri artıq qruntdan təmizlənərək genişləndirilir. Bundan başqa, dağdan axan yağış və qrunt sularının yolun asfalt-beton örtüyünün altına daxil olmasının qarşısını almaq məqsədi ilə drenajlar qazılır, suötürücü boruların giriş-çıxış hissələri təmizlənir və yenidən bərpa edilir.
Yaxın günlərdə qabaqlayıcı tədbirlər yolun 10-12 və 26-29-cu km-lik hissələrində də aparılacaq.
Emin
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















