Dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb - FAKTİKİ HAVA

Noyabrın 1-i gündüzdən 2-si səhərədək Azərbaycan ərazisində müşahidə olunan faktiki hava açıqlanıb. Avtosfer.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 1-i gündüzdən 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.
Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1-11, Böyük Qafqazda 1-15, Qazax-Gəncə zonasında 2-29, Mərkəzi-Aran rayonlarında 2-13, Kiçik Qafqazda: 28-44, Bakıda və Abşeron yarımadasında 1-9 mm olub.
Qar örtüyünün hündürlüyü Kirəndə (Tovuz) 55, Qaraqollarda (Daşkəsən) 52, Alaxançallıda (Daşkəsən) 30, Gədəbəydə 42, Qalakənd (Gədəbəy), Daşkəsəndə 40, Sarıbaşda 30, Zəyəmçayda (Tovuz) 17, Xınalıqda 14, Göygöldə 8, Çaykənddə 2, Qubanın dağlıq ərazilərində: Ləzədə 20, Xınalıqda 18, Altıağacda 4, Xaltanda 2, Qonaqkənd, Nohurdüz, Susayda 6, Rükdə 8 sm təşkil edib.
Şimal-qərb küləyi əsib, ayrı-ayrı rayonlarda arabir güclənib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












