Daha bir avtobus sürücüsü işdən azad olundu - Bakıda

Bakıda daha bir avtobus sürücüsü işdən azad edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, 117 nömrəli marşrut avtobuslarında süni olaraq gediş haqlarının artırılması ilə bağlı daxil olan şikayət əsasında qurumun mütəxəssisləri tərəfindən müntəzəm sərnişindaşıma xidməti göstərən 117 nömrəli marşrut avtobuslarına baxış keçirilib və salonda daşıma haqqını əks etdirən marşrut lövhələri aşkarlanmayıb. 117 nömrəli marşrutun müvəqqəti istismarçısı Agentliyə dəvət olunaraq izahatı alınıb və məsələ ilə bağlı tədbir görülməsinə dair daşıyıcıya ciddi tapşırıq verilib.
Görülən tədbirlər nəticəsində 117 nömrəli marşrutda fəaliyyət göstərən "90 BK 869" dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü daşıyıcı şirkət rəhbərliyinin əmri ilə işdən azad edilib. Eyni zamanda gediş haqqı tarifini göstərən məlumat lövhələrinin 117 nömrəli marşrut avtobuslarının salonlarında yerləşdirilməsi təmin edilib.
Qeyd edilən faktın mövcudluğu bir daha ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin tətbiqinin zəruri olduğunu göstərir. Bunu nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi bir daha bütün daşıyıcı şirkətlərdən tez bir zamanda nağdsız ödəniş sisteminə keçmələrini tələb edir.
Elmin
.jpg)
.jpg)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI














