Daha bir ərazidə taksi duracaq yerləri müəyyən edilib - Bakıda

Bakıda "Qara Qarayev" metro stansiyasının ətraf ərazisində (Qara Qarayev prospekti) minik avtomobili ilə taksi xidməti göstərmək üçün taksi duracaq yerləri müəyyən edilib. Avtosfer.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev bildirib.
"Bakı Nəqliyyat Agentliyi "Qara Qarayev" metro stansiyası ətrafında minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olan şəxslərlə maarifləndirici görüş keçirdikdən sonra, həmin ərazidəki taksi sürücüləri fərqlənmə nişanı alınması üçün müraciət ediblər və artıq onların bir qismi fərqlənmə nişanı alıblar", - deyə M.Ağayev bildirib.
Onun sözlərinə görə, sürücüləri orada narahat edən məsələ taksilər üçün duracaqların olmaması idi: "Bununla bağlı da BNA-nın əməkdaşları ümumilikdə, Qara Qarayev prospekti boyunca yanvar ayında təhlillər aparıb. Artıq bu işlər yekunlaşıb və taksi duracaq yerləri müəyyən edilib. Qarşıdakı günlərdə həmin duracaqlarda xüsusi nişanların qoyulması təmin ediləcək".
Xatırladaq ki, yanvarın 18-də Bakı metrosunun "Qara Qarayev" stansiyasının ətraf ərazisində BNA və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslərlə görüş keçirib. Görüş zamanı sürücülərə Bakıda taksi fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir fiziki və hüquqi şəxsin "Fərqlənmə nişanı" almalı və dövlət rüsumu ödəməli olduğu barədə məlumatlar çatdırılıb.
BNA-nın xüsusi eskpert qrupu paytaxtın bütün küçə və prospektlərində, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə təhlillər aparır. Bunun nəticəsində yerləşdiyi ərazidə avtonəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mane yaratmayan dayanacaqlar pasportlaşdırılır. Artıq 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












