Daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILDI

2025-ci ildən etibarən regional təhsil idarəsinin strukturunda müvafiq dəyişiklik edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq, metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib.
"Eyni zamanda, metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib. Ümumilikdə 48 əməkdaşın 46-nın işlə təminatı prosesi artıq həyata keçirilib",- deyə məlumatda qeyd olunub.
**
Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş işdən çıxarılıb.
Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, buna səbəb qurumda fəaliyyət göstərən metodiki kabinetin bağlanması olub.
Bildirilib ki, metodiki kabinet bağlanmasına görə Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarının hər birindən metodist, kargüzarlar olmaqla 3 əməkdaş işdən çıxarılıb.
Bildirilib ki, çıxarılan şəxslərin yerinə isə başqa rayonlardan şəxslər gətiriblər. Kollec məzunu olanları isə fəhlə, texniki işçi adı ilə işdə saxlayıblar.
Qeyd edək ki, Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.
Ramazan ayının altıncı gününün duası - İmsak və iftar vaxtı
“Plug-in” hibrid avtomobillər rəsmi rəqəmlərdən daha çox yanacaq sərf edir - ARAŞDIRMA
Bu yolda dələduzlar peyda olub; maşını saxlayıb ... - Sürücülərin nəzərinə
Bu yollarda hərəkət 2 günlük məhdudlaşdırılır
Mehdiyevlə Əli Kərimlinin çevriliş planını kim ifşa edib? – Elə adlar çəkildi ki…
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi - RƏSMİ
Təlim, yoxsa təhlükə? - Yollarda yeni problem
Piyada təhlükəsizliyi ilə bağlı yeni standart: Nə dəyişəcək?
Xəbərdarlıq edildi: SABAH DİQQƏTLİ OLUN
Bakıda bu ərazidə işıqforlar işləmir - VİDEO
Azərbaycanda qar yağacaq, duman olacaq - PROQNOZ










