Daha bir rayonda yoxlamalar başladı - İcra başçısı işə çıxmır

Qaradağ rayon İcra Hakimiyyətində və onun strukturlarında yoxlamalar aparılır.
Aparılan yoxlamalar zamanı qurumun özündə və strukturlarında bir sıra nöqsanlar aşkarlanıb.
Əldə etdiyimiz digər məlumata görə, icra başçısı Süleyman Mikayılov yanvarın əvvəlindən işə çıxmır. Ehtimal edilir ki, başçı səhhəti əsas göstərilərək məzuniyyətə göndərilib.
İcra başçısının səlahiyyətləri isə birinci müavini Emil Abbasova həvalə edilib. Süleyman Mikayılovun yaxın vaxtlarda vəzifəsindən azad olunması istisna edilmir.
Əldə etdiyimiz başqa məlumata görə, Süleyman Mikayılovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla da münasibətləri gərgindir. Bakı merinin Qaradağ rayon icra başçısının fəaliyyətindən narazı olduğu deyilir və dəfələrlə onun yaxın çevrəsində olan məmurlara töhmət verib.
Eldar Əzizov bir neçə dəfə Süleyman Mikayılovun fəaliyyətindəki nöqsanlarla bağlı müvafiq qurumlara şikayət ünvanlayıb.
Qeyd edək ki, bundan əvvəl Sumqayıt və Bərdə icra hakimiyyətlərində yoxlamaların aparılması barədə xəbərlər yayılıb. (qaynarinfo.az)
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI
Martın 7-dən 9-dək... - Əhaliyə xəbərdarlıq
Bakının nəqliyyat sistemi WUF13 zamanı necə nizamlanacaq? - RƏSMİ CAVAB
İsraildə bomba sığınacağı belədir – VİDEO
Ramiz Mehdiyevin bankı bağlanır
Üçüncü dünya müharibəsi başlayıb? Kim kimin yanında yer alacaq? – SİYASİ ŞƏRHÇİ
Naxçıvana düşən dronun üzərinə görün nə YAZILIB - FOTO










