Daha bir sərnişin təyyarəsində partlayış - FOTO

Somalinin paytaxtı Moqadişo aeroportunda havaya qalxdıqdan bir neçə dəqiqə sonra A321 təyyarəsinin içində partlayış olub. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, partlayış nəticəsində laynerin üstündə deşik əmələ gəlib. İlkin informasiyaya görə, səbəbi hələlik bəlli olmayan partlayış nəticəsində bir nəfər həlak olub, daha iki nəfər isə yaralanıb. Bildirilir ki, partlayış anında təyyarə yalnız təzəcə sürət yığmağa başlayıbmış. Məhz buna görə, salonun germetikliyinin pozulmasında ciddi fəsadlar baş verməyib və pilot qəzalı enməni edə bilib.
Təxmin edilir ki, bombanı yükün içində sərnişinlərdən biri keçirib. Məlumata görə, təyyarədə 60 sərnişin və ekipaj üzvü olub. Onların hamısı təxliyyə edilib. Hadisə barədə əlavə məlumatlar yoxdur.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI














