Daha təcili yardım maşınları yolda qalmayacaq?

"Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhaliyə xidmət səviyyəsinin artırılması məqsədilə bir sıra işlər görür. Bölmələrin müasir və daha çox funksiyası olan yeni planşetlərlə təmin olunmasına başlanıb".
Avtosfer.az report-a istinadən bildirir ki, bunu stansiyanın baş həkiminin müavini İradə Əliyeva deyib.
O bildirib ki, həkimlərin daxil olan sorğulara getməsinə nəzarət gücləndirilib: "Hazırda stansiyanın sanitar avtomobillərinin hərəkət trayektoriyası xüsusi monitor vasitəsilə nəzarətdə saxlanılır. Gələcəkdə çağırışların hansı ünvandan daxil olmasının da monitor vasitəsilə təyin edilməsi nəzərdə tutulub".
Baş həkimin müavini onu da xatırladıb ki, stansiyaya gecikmələrlə bağlı daxil olan şikəyətlər əsasən ünvanların düzgün qeyd olunmaması ilə bağlıdır: "Bu problem daha çox Bakı ətrafı qəsəbələrdə, yeni tikilən yaşayış massivlərində, həyət evlərində müşahidə olunur. Əsasən də Binə qəsəbəsində ünvanların tapılmasında çətinliklər var. Orada yollar da bərbad vəziyyətdədir. Çox vaxt təcili tibbi yardımın maşınları xarab olub yolda qalır. Həmin evlərin çoxunun ünvanları yoxdur".
İ.Əliyeva qeyd edib ki, stansiyanın ştatında hazırda 2600-dən artıq işçi sayı var: "Bura həm həkimlər, orta tibb işçiləri, sanitar və digər işçilər daxildir. Stansiyanın 21 stansiyası və 21 filialı var".
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?










