DANX bəzi KİV-lərdə yayılan məlumatlara aydınlıq gətirdi

Dünən və bu gün Nazirlər Kabinetinin 52 nömrəli qərarındakı dəyişiklik bəzi informasiya portallarında yanlış olaraq izah olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı deyib. Onun sözlərin görə, əslində məsələ belədir: “Dəyişikliyə əsasən, bundan sonra Bakı, Sumqayıt və Gəncə şəhərlərində yalnız şəhərdaxili sərnişindaşımaya münasibətdə sifarişçi qismində müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi və Gəncə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi çıxış edirlər. Ümumilikdə isə avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarsı (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqəni (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin şəhərdaxili sərnişindaşıması istisna olmaqla) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir”.
Fərid
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












