DANX-da döyüşlərdə iştirak edən nəqliyyatçılarla görüş keçirildi - VİDEO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 44 günlük Vətən Müharibəsində iştirak edən əməkdaşları ilə görüş keçirilib. Avtosfer.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov Vətən Müharibəsi iştirakçılarına göstərdikləri əzm və şücaətdən dolayı təşəkkür edib. Həbib Həsənov çıxışında ölkə başçısı Ilham Əliyevin 30 illik Qarabağ həsrətinə son qoyan siyasi iradəsinin və mütəşəkkil ordu quruculuğunun xalqımıza qürur bəxş edən qələbə yekunundan bəhs edib.
Tədbirdə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini Fərid Bağırov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Işçilərinin Respublika Komitəsinin sədri Rəşad Səfərov, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Avtomobil Nəqliyyatı ilə Daşımaların təşkili" MMC-nin rəisi Vüqar Süleymanzadə, DANX Həmkarlar İttifaqı Bakı-3 şöbəsinin rəisi Orxan Hüseynzadə və qurumun əməkdaşları iştirak edib.
Tədbirin sonunda Vətən Müharibəsi iştirakçılarına fəxri fərmanlar təqdim edilib.
Emin
Son günlər yayılan bu görüntülər hər kəsi narahat edir – Yollarda təhlükəli trend - VİDEO
Yağıntılar intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Qarşıdakı 6 günün havası ilə bağlı XƏBƏRDARLIQ
Bakıda 42 ünvanda hərəkət qismən məhdudlaşdırılacaq - SİYAHI
Muğanlı-İsmayıllı yolunda mühafizə zolağında sürüşmə olub - AAYDA - VİDEO
21 Mart - Beynəlxalq Novruz Günüdür
Elektrikmobillərini binalarda şarj edənlərə XƏBƏRDARLIQ
Prezident Novruz bayramı münasibətilə paylaşım etdi - FOTO
Dizellə bağlı rəsmi məlumat
Azərbaycana yaz fəsli daxil olub
İnsanların sıx toplaşdığı ərazilərdə nəzarət daha da artırılıb - DİN - FOTO - VİDEO




























