DANX keçirdiyi tenderin müddətini artırdı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti fevralın 9-da elan etdiyi açıq tenderin müddətini martın 17-nə qədər artırıb. Avtosfer.az xəbər verir ki, söhbət xarici ölkələrin yükdaşıyıcıları üçün "İcazə" blankları, NNAK kitabçaları, "kvota" icazələri və sadələşdirilmiş vergi ödəyiciləri (daşıyıcılar) üçün "Fərqlənmə nişanları", "Xüsusi fərqlənmə nişanları"nın və sair çap işlərinin satın alınması məqsədilə keçirilən tenderdən gedir. Müddətin artırılmasına səbəb tenderin texniki şərtlərinin iddiaçılara vaxtında təqdim olunmamasıdır. Qeyd edək ki, tenderdə iştirak haqqı 50 manatdır. İddiaçılar sənədləri DANX-ya (Bakı şəhəri, Nərimanov rayonu, tarzən Hacı Məmmədov küçəsi, 5 ünvanı) təqdim etməlidirlər.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












