DANX regional bölmələrinin işçi sayı azaldılıb

Nazirlər Kabineti “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edilməsi barədə qərar verib.
Avtosfer.az xəbər verir ki, dəyişiklik Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparatının və regional bölmələrinin işçilərinin say həddi ilə bağlıdır.
Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regonal bölmələrinin işçilərinin sayı azaldılıb, Xidmətin aparatının işçilərinin sayı artırılıb. Başqa sözlə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin aparatının və regional bölmələrinin işçilərinin say həddi 204 ştat vahidindən 145 ştat vahidinə endirilib, o cümlədən Xidmətin aparatının işçilərinin say həddi 75 ştat vahidindən 100 ştat vahidinə qaldırılıb.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regonal bölmələrinin işçilərinin sayı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” MMC və Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin yaradılması ilə əlaqədar azaldılıb./apa/
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












