Daşınan yüklərin həcmi 8 faizdən çox azalıb - TRACECA dəhlizi ilə

2016-cı ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 28 mln. 359,3 min ton, yük dövriyyəsi isə 5 mlrd. 396,9 milyon ton/km olub. Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, yüklərin 18 mln. 223,5 min tonu və ya 64,3%-i avtomobil nəqliyyatı, 7 mln. 576,1 min tonu və ya 26,7%-i dəmir yolu nəqliyyatı, 2 mln. 559,7 min tonu və ya 9%-i dəniz nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 8,2% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 18,5% və 34%) olub. Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,8% artıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 14,8%-ini və ya 4 mln. 197,9 min tonunu tranzit yüklər təşkil edib. 2016-cı ilin yanvar-iyul aylarında dəhliz vasitəsilə 196,7 mln. sərnişin daşınıb, sərnişin dövriyyəsi 3 mlrd. 959,3 mln. sərnişin/km olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə daşınmış sərnişinlərin sayı 2,3%, sərnişin dövriyyəsi isə 1,4% artıb.
Fidan
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT












