Daşınan yüklərin həcminin artırılması müzakirə olunub

Mayın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya komitəsinin iclası keçiriləcək. Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, Bakıda isə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, “Qazaxstan Dəmir Yolları” SC-nin prezidenti Askar Mamin və “Gürcüstan Dəmir Yolları” SC-nin Baş direktoru Mamuka Baxtadze üçtərəfli görüş keçirilib.
Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması və rəqabətədavamlı tarif dərəcələrinin müəyyən edilməsi, Aktau-Kurık-Ələt-Aktau-Kurık marşrutu üzrə bərə ötürməsinin təşkili və dəmir yolu nəqliyyatı üçün maşınqayırma məmulatlarının istehsalı və çatdırılması üzrə əməkdaşlıq haqqında məsələləri müzakirə ediblər.
Eyni zamanda tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə, vaqon, həmçinin konteynerlə yükdaşıma həcminin artırılması məsələsinə baxıblar. Həmin ərazilərdən daşınan bəzi ixrac yüklərinə Qazaxıstan tərəfdən xüsusi tarif müəyyən edilib.
Danışıqlarda quru yolla yüklərin buraxılması üzrə tarif və təşkilati məsələlərin Rusiya dəmiryolçuları ilə müzakirə olunması da vurğulanıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












