Daşınar əmlakın yüklülüyünün proqram təminatı hazırlanacaq

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin aparılması üçün proqram təminatının hazırlanmasına dair açıq tender elan edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır. İddiaçılar ilkin sənədləri fevralın 12-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 21-nə qədər MBNP-nin Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxslər Palatanın Təminat və satınalmalar sektorunun əməkdaşları – Tural Quluzadə (tel.: (012) 493 50 58, daxili 285; e-poçt: [email protected]) və Ələmqulu Quliyevdir (tel.: (012) 493 50 58, daxili 346; e-poçt: [email protected]).
Təkliflərə fevralın 22-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Qiymətləndirmə zamanı maliyyə və texniki amillər (iddiaçının təcrübəsi, proqram platformasının spesifikasiyası) nəzərə alınacaq. İşin görülmə müddəti tender üzrə satınalmaq müqaviləsi imzalandığı gündən sonrakı 7 aydır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












