Daşınmaz əmlak sərgisində sərgilənməyən peşəkarlıq

Gündəm 22 Dekabr 2015 14:37 Oxunub 1621
Daşınmaz əmlak sərgisində sərgilənməyən peşəkarlıq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakı Expo Mərkəzində "Daşınmaz əmlak və investisiya" sərgisi keçirildi

17-19 dekabr tarixlərində Bakı Expo Mərkəzində "Daşınmaz əmlak və investisiya" sərgisi keçirildi. Facemark.az onlayn marketinq portalı bildiyiniz kimi Azərbaycanda İTECA Caspian şirkəti tərəfindən keçirilən bütün sərgilərin ilboyu internet dəstəkçisidir. Bu sərgi də gündəmə uyğun olduğundan maraqlı idi. Lakin biz sərgi gününədək dəvətnamə almadığımızdan sərgini özümüz ziyarət etmək qərarına gəldik. Məlum oldu ki, sərgi bu dəfə İTECA tərəfindən deyil, REC Expo adlı başqa bir şirkət tərəfindən keçirilir. İstənilən halda görüb tanış olmaq üçün sərginin ilk günündə ziyarət etdik. Facemark.az əməkdaşı olaraq qeydiyyatdan keçdikdən sonra ətraflı şəkildə həm təşkilatçılıqla, həm də sərgi iştirakçıları ilə tanış olduq. Sərgidə əsasən Türkiyədən olan şirkətlər üstünlük təşkil edirdi. Ümumən isə Ağaoğlu, Kuzu Grup, Damac, Sinpaş, İşGyo, Ege Yapı, Meydanbey-Viatrans (Quasar), Chiraq Plaza, Consept İstanbul, Realty Port, PanaYapı, Cebeci Grup, Self İnvestment, Seaside Alanya, The First Group, Schioppa, Varyant, Nova, Elite Group, Priyen, New Life, Netto Homes, Domenika, Ulak Group, Mıras Property, Ece Construction, Alhamra, Miracles, Noyanlar, Sadad Global, Birleşik Real Estate, Yalçın Group, Yılmaz Turhan Construction, TGP Investment, Metro Atlas Georgia, Mürsel Kahraman Construction kimi şirkətlər iştirak edirdi. İştirakçı şirkətlərlə əməkdaşımız görüşərək onlarla bazarın vəziyyəti və Azərbaycana olan maraqları ilə bağlı söhbətləşdi. Hiss olunurdu ki, həmin şirkətlərdə bazarda böyük potensial hiss edib gəliblər. Təbii ki, ölkədə maliyyə sahəsində mövcud çətinliklər bir çox insanları panikaya salaraq ölkədən pulunu çıxartmasına sövq edib. Bunu da daşınmaz əmlak şirkətləri əsl fürsət biliblər, bu normaldır.

Lakin bizi məyus edən və bu yazını yazmağa vadar edən əsas məsələ isə tam başqadır. Sərginin ilk günü də sonrakı günlər də mərkəzdə çox az sayda adam gözləyirdi. Stendə yaxınlaşan adam olanda sanki şirkətlər sevinirdi. Hətta bizimlə söhbətində bir çox iri türk daşınmaz əmlak şirkətləri dolayı yolla desək "aldandıqlarına" eyham edirdilər. Təxmini 40-50 min evroluq icarə və təşkilatçılıq xərcinə rəğmən ziyarətçisiz və reklamsız bir tədbir olduğunu vurğuladılar. Fürsətdən istifadə edib sərginin növbəti günləri də ziyarət etdik və həqiqətən də deyilənlər doğru çıxdı.

 

Lazımı reklam işləri və PR aparılmadığından böyük ehtimal insanların az bir qisminin xəbəri olmuşdu. Nəticədə isə türk şirkətlərində Azərbaycan haqqında, təşkilatçılıq haqqında mənfi rəy formalaşmış oldu. Sonradan tanıtım işləri ilə əlaqədar araşdırma apardıq və məlum oldu ki, pərakəndə şəkildə "tez-bazar" işlər görülüb. Ölkəmizin imicinə kifayət qədər ciddi zərbə saylacaq bir hal olduğuna görə təşkilatçılar ümidvarıq ki, bunun məsuliyyətini dərke dirlər. Açığı iştirakçı şirkətlərin gileylərini və narazılıqlarını görmək o qədər də xoş deyildi. Foyedə digər böyük bir şirkətin nümayəndəsi ilə söhbət etmək imkanımız oldu. Məlum oldu ki, həmin xanıma da ilk öncə iştirak təklif edilib, lakin ilk olduğu üçün onlar bu dəfə sadəcə ziyarətçi olub tanış olmaq istəyiblər. Sərgini gördükdən sonra "yaxşı ki iştirak etmədik" dedilər.

 

Demək istədiyimiz odur ki, indiki çətin günlərdə ölkəmizə gələn şirkətlərin, investisiya etmək istəyən şirkətlərin önündə yaxşı təşkilatçılıq qabiliyyəti ilə çıxmalıyıq. Heç bir işə bir dəfəlik gəlir mənbəyi kimi baxmaq olmaz, uzun müddətli düşünmək lazımdır ki, davamlı olsun. Bu həm də ölkə olaraq imicimizə müsbət təsir edər. İnanırıq ki, təşkilatçılar da bu fikirləri oxuyandan sonra işlərində müvafiq düzəlişləri edib növbəti dəfə daha uğurlu layihələrə imza atarlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh