Data biliklər internet platformalarında feyk xəbərləri müəyyən etməyə imkan verir - Baş redaktor

“Mediada peşəkarlığın səviyyəsinin artırılması çox vacibdir. Cəmiyyətə verlən hər yanlış informasiyanın böyük fəsadları ola bilər.”
Bu sözləri Avtosfer.a-a açıqlamasında Azpost.info saytının rəhbəri Xaqani Səfəroğlu deyib. Onun sözlərinə görə dəqiqləşdirilməmiş xəbər cinayətə belə yol aça bilər. “Təəssüf ki, bir çox hallarda analoji informasiyalara rast gəlirik. Xüsusilə media kapitanları və redaktorların savadlı olması vacib məsələdir. Jurnalistika fakültəsini yeni bitirən və hələ təcrübəsi olmayan jurnalist informasiyada yanlışlıq edə bilər. Əgər redaktorlar bu məsələdə diqqətli olmasalar ciddi problemlər yaranacaq.”
Xaqani Səfəroğlu onu da əlavə edib ki, jurnalist öz üzərində daim çalışmalıdır. “Bu gün online media jurnalistlərə daha geniş imkanlar yaradır. İstənilən məlumatı saxta və ya həqiqət olduğunu internetdə axtarıb tapmaq olar. Lakin ən doğru yol bunu rəsmi qurumlarla dəqiqləşdirməkdir. Yaxud da xəbərdə adı keçən şəxslərlə birbaşa əlaqə qurmaqdır”.
Baş redaktorun sözlərinə görə, media savadlılığı təqdim olunan məlumatları analiz edə bilmək, mediadan düzgün istifadə etmək bacarığıdır.
Sosial medianın informasiya sahəsində əsas faktorlardan birinə çevrilməsi nəticəsində bu sahədə doğru məlumatların çatdırılması mühümdür. Çünki indiki zamanda bu platfoma üzərindən informasiya manipulyasiyasının və yalan məlumatların yayılması geniş yayılıb.
İnformasiya savadlılığı jurnalist üçün vacib məsələdir. Bu, onlara informasiya ilə işləyərkən mənbəyini, zəruri mesajlarını anlamağa yardım edir. Həmçinin data biliklərinin formalaşmasında izini qoyur, internet platformalarında feyk xəbərləri müəyyən etməyə imkan verir.
Bu baxımdan MEDİA Agentliyinin maarifləndirici layihələri əhəmiyyətlidir.
Könül
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












