Dava edən avtobus sürücüləri cəzalanacaq - VİDEO

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarov Bakıda əlbəyaxa dava edən avtobus sürücüləri ilə bağlı açıqlama verib. Avtosfer.az-ın məlumatına görə, N.Allahyarova bildirib ki, dünən Agentliyin "ALO 141" Çağrı mərkəzinə 6 və 88 saylı marşrut xətləri üzrə xidmətdə olan iki sürücü ilə bağlı şikayət daxil olub: "Görüntülərdən də məlum oldu ki, sürücülər xidməti vəzifələrinin icrası müddətində əlbəyaxa dava edirlər. Hər iki sürücü ilə bağlı sərt tədbirlər görüləcək. Daşıyıcı şirkətlərə müraciət edərək bildiririk ki, marşrut xətti heç kəsin şəxsi mülkiyyəti deyil, avtobus isə heç bir sürücünün şəxsi nəqliyyat vasitəsi deyil. Sürücüsü bu cür kobud davranış qaydaları nümayiş elətdirən istənilən sahibkar və ya daşıyıcı şirkət bundan sonra təkcə sürücünün cəza alması ilə məsələnin həll olunacağına ümid etməsin. Psixoloji durumu taraz olan, xidməti vəzifəsinin məsuliyyətini dərk edən sürücülərin işə cəlb olunması sahibkarın və daşıyıcı şirkət rəhbərinin vəzifələri sırasındadır".
Qeyd edək ki, sosial şəbəkədə yayılan videoda 88 saylı və 6 saylı marşrutun sürücüləri arasında insident yaşandığı görünür. "BakuBus" şirkətinə aid 6 saylı marşrutun sürücüsü ilə 88 saylı "köhnə avtobusun" sürücüsünün davasını orada olan vətəndaşlar da ayırmaqda çətinlik çəkir. Videonu yayan mənbə qeyd edir ki, bu davaya görə sərnişinlər bir saata yaxın gözləməli olub. Davaya bir avtobusun digərinin qarşısında durması səbəb olub.
Emin
ABŞ-İran münaqişəsi; hər iki dövləti yoraraq dağıtmaq istəyirlər? - POLİTOLOQ
Cərimə hesabına qəzaları azaltmaq mümkündür? – AÇIQLAMA - VİDEO
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Azərbaycanlı yük maşını sürücülərinin NƏZƏRİNƏ: Rusiya hökuməti yeni qərar verdi
WUF13 iştirakçıları ödənişi müxtəlif vasitələrlə edə bilərlər - Bakı metrosu – FOTOLAR
Paytaxtın 18 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Xırdalanda yol “çuxur bataqlığı”na çevrilib: Sürücülər hərəkət edə bilmir - VİDEO
Sürücülərin diqqətinə; bu nömrə nişanları yağışlı ərazilərdən tapılıb - FOTO
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu










