“David Paşayev. Qrifsiz “Məxfi”

Noyabrın 8-də Azərbaycan Yazıçılar Birliyində DİN Veteranlar Şurasının üzvü, istefada olan polis polkovniki Georqi Zapletinin yeni çapdan çıxmış “David Paşayev. Qrifsiz “Məxfi” kitabının təqdimat mərasimi keçirilib. G.Zapletinin oxucularla növbəti görüşü sayılan bu əsərdə məşhur soydaşlarımızdan olan görkəmli mühəndis konstruktorun həyata keçirdiyi layihələr, çoxillik dəyərli fəaliyyəti faktların dili ilə oxucuların diqqətinə catdırılır . maraqlı, oxunaqlı dildə qələmə alınmış əsər sanki ilk cümləsindən dil açıb oxucu ilə həmsöhbətə çevrilir.D.Paşayev "qapalı" Severodvinsk maşınqayırma müəssisəsində atom sualtı qayıqlarının istehsalı sahəsində qırx ildən artıq bir müddətdə çalışıb. On altı il ərzində qırx min insanın işlədiyi həmin birliyin baş direktoru olub. Müəssisəyə- Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin tərkibinə yeddi iri birliklər, zavodlar, elmi-istehsalat və konstruktor birlikləri daxildir. Bu nəhəng birliyə soydaşımızın rəhbərlik etməsi xalqımızın qəhrəman, igid, yüksək bilik və bacarığa malik övladlarının nəinki ölkəmizdə, eləcədə, respublika hüdudlarından kənarda da yüksək nailiyyətlər əldə etməsinin bariz nümunəsidir.
Tanınmış həmyerlimiz 1995-ci il xüsusi tapşırığın yerinə yetirilməsi zamanı göstərilən qəhrəmanlığa və igidliyə görə, "Rusiya Federasiyası Qəhrəmanı" fəxri adına layiq görülüb.
David Paşayev atom sualtı qayıqların üç nəslinin işlənib hazırlanmasına və yaradılmasına görə elm və texnika sahəsində iki dəfə Rusiya Dövlət mükafatı ilə təltif olunub.
Tədbirdə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri David Paşayevin yaxınları və əzizləri öz xatirələrini bölüşüblər.
Aytəkin Nəcəfova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"











